16 oktyabr 2014 11:05
Almaniya klubunun baş məşqçisi Dadaşovdan narazıdı
Almaniyanın "Saarbryüken" klubunun baş məşqçisi Fuat Kılıç Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun hazırlıq səviyyəsindən narazıdı. Azerisport.az xəbər verir ki, o, bu barədə açıqlamasında aşağıdakıları dilə gətirib:
"Dadaşov Azərbaycan yığmasının düşərgəsindəydi. O, İtaliya və Xorvatiyaya qarşı oyunlar öncəsi toplanışda iştirak edib. Amma millidən qayıdandan sonrakı durumu qənaətbəxş deyil".
