16 oktyabr 2014 00:50
Ristoviç: Jaba bizə çox kömək edəcək
"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviç Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"la oyunda bizə çətin olacaq. Çünki bu komanda ilə görüşlərimiz həmişə ağır olub. Orada azarkeşlər öz komandalarını yaxşı dəstəkləyirlər. Buna baxmayaraq, biz uğurlu seriyamızı davam etdirməyə çalışacağıq. ÜMid edirəm ki, Lənkərandan uğurlu nəticə ilə qayıdacağıq.
Jabanın qayıtmasına gəlincə, o, yaxşı hücumçudu. Məşqlərdə onu görmüşəm. Var gücü ilə çalışır. O, bizə çox kömək edəcək".
