16 oktyabr 2014 00:40
Subaşiç: Manisaspordan getmək istəmirəm
Türkiyənin "Manisaspor" klubunun hücumçusu Branimir Subaşiç komandasındakı durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Biz geridə qalan oyunlarda pis çıxış etdik, çoxlu qollar buraxdıq. Bu vəziyyət xoşagəlməz olduğuna görə, klubu tərk etmək istəyirəm. Direktorla danışdım və o dedi ki, tezliklə təcrübəli futbolçular klubu tərk edəcək və onları gənclər əvəzləyəcək. Amma mən indi getmək barədə düşünmürəm".
