16 oktyabr 2014 00:20

Aqolli: Dünya Qarabağı Azərbaycanın toprağı, Kosovanı isə muxtar respublika kimi tanıyır

Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan və yarıda qalmış qalmaqallı Serbiya - Albaniya matçında baş verənlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, iştirakçısı olduğu qarşılaşma ilə bağlı Türkiyə mətbuatına bunları söyləyib:

"Bayrağımızı alıb cırmaq istədilər. Buna icazə verməmək üçün bayrağı əllərindən aldıq. Kiməsə zərər verəcək bir hərəkət etmədim. Amma mənə bir neçə dəfə yumruq atdılar".

Ölkəsinin bayrağını birdən meydanda görüncə qürur duyduğunu deyən Aqolli rəqib futbolçuların xoşagəlməz hərəkətləri səbəbindən onu serblərin əlindən almağı özlərinə borc bildiklərini açıqlayıb: "Serb oyunçular bayrağımızı alıb cırmaq istədi. Biz isə buna icazə verə bilməzdik. Məncə, normal davrandıq. Kim olsa, bayrağı üçün eyni şeyi edərdi. Sonucda onu qorumağa çalışdıq. İnanılmaz bir olay yaşadım".

Stadionda albaniyalı azarkeşlər olmadığı üçün havadakı bayrağın hər kəsi təəccübləndirdiyini bildirən futbolçu serb tərəfdarların hücumuna məruz qaldığını da diqqətə çatdırıb. Matç öncəsində yerli azarkeşlərin Albaniyanın dövlət himninə hörmətsizlik etdiyini önə sürən Aqolli bunları vurğulayıb: "Himni heç eşitmədim. Matç başladığında isə əllərində nə varsa, bizə atdılar. Hətta daş və cib telefonları da gördüm".

Ansi meydana qayıdıb matça davam etmək istədiklərini, ancaq bəzi komanda yoldaşlarının aldıqları zərbələr səbəbindən bunu bacarmadağını söyləyib. O, buna görə UEFA-nın Albaniyaya 3 xal verməli olduğunu qeyd edib.

Aqolli daha öncə İrəvanda oynanılan Ermənistan - Serbiya maçında da erməni tərəfdarların açdığı "Qarabağ Ermənistanın, Kosova Serbiyanındı" pankartına da münasibət bildirib: "Hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox yaxşı bilir. Dünya Qarabağı Azərbaycanın toprağı, Kosovanı isə muxtar respublika kimi tanıyır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.