15 oktyabr 2014 19:30

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar. Azerisport.az xəbər verir ki, ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısı nəticəsində digər sahələrdə olduğu kimi, son illər bu sahədə də sürətli inkişafa nail olunub.

Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidi.

İlk Avropa Oyunlarına hazırlıq işlərini dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı daim diqqət mərkəzində saxlayırlar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər.

Dövlətimizin başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəzdilər, görülən işlərlə yerindəcə tanış oldular. Prezident İlham Əliyevə ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verildi.

Tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi. (Azərtac)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.