15 oktyabr 2014 18:15

Tino Peres: Azərbaycan yığmasından dəvət gəlsə, qəbul edəcəm

"Araz"ın yeni baş məşqçsi Tino Peresin azerisport.az saytına müsahibəsi

- Yəqin ki, iki həftə öncə ağlınıza da gəlməzdi ki, Azərbaycan klubuna baş məşqçi təyin olunacaqsız. Çünki komandaya Joze Alesio rəhbərlik edirdi...
- Məşqçi işi belədi və heç vaxt bilmirsən ki, iki həftə sonra aqibətin necə olacaq. Mən buna alışmışam.

- Joze Alesionun hərəkəti sizi təəccübləndirdi?
- Mən onu tanımıram. Ona görə də bu hərəkəti barədə bir söz deyə bilərəm. Yeni gəlmişəm. Hələlik, infrastrukturla maraqlanıram.

- Bilirsiz ki, klub öz siyasətini dəyişib, legionerlərə yox, yerlilərə üstünlük verilir?
- Bunu bilirəm. Bu barədə qərar məndən öncə qəbul olunub. Ona görə də seçim imkanım yox idi. Bu, normal, hətta deyərdim ki, yaxşıdı. Məni maraqlı iş gözləyir.

- Bəs bu, sizin hədəfə çatmağınıza mane olmayacaq?
- Əlbəttə, işim çətin olacaq. Amma başqa yol yoxdu.

- Qarşınıza hansı vəzifə qoyulub?
- Hələ konkret hədəflərdən danışmamışıq. Sadəcə, bilirəm ki, hansısa hədəfə çatmaq üçün yaxşı heyət qurmalıyıq.

- Azərbaycan yığmasına da rəhbərlik edəcəksiz?
- Yəqin ki, hə. Hələ bu barədə AFFA ilə konkret söhbətimiz olmayıb. Amma böyük ehtimalla elə olacaq. Təklif olsa, razılaşacam.

- Komandanız UEFA Kubokunun elit raunduna hazır olacaq?
- Çalışacağıq. Cümə günü püşkatma olacaq. Görək bəxtimizə hansı klublar çıxacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.