Ramin Musayev: Oyunları ədalətli təşkil etmək bizim borcumuzdu
Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bir sıra məqamlara toxunub:
“Hər birinizi püşkatma münasibəti ilə təbrik edirəm. İnşallah, yaxşı mübarizə getsin və layiq olan qələbə qazansın. Bizim borcumuz istər çempionat, istərsə də kubok oyununu ədalətli şəkildə təşkil etməkdir. Bəzən müxtəlif informasiyalar ortaya atılır. Amma özünüz də görürsüz ki, çempion, kubokun sahibi eləcə də, digər titulları qazanmış komandalar avrokubok oyunlarında bu yerlərə layiq olduqlarını sübüt edirlər. Layiq olan komanda qalib olmalıdı. Biz eyni zamanda 1-ci diviziona da diqqəti artırmışıq. Artıq Divizionun bütün oyunları Peşəkar Futbol Liqasının operatorları tərəfindən lentə alınır və həmin videolar saytımızda yerləşdirilir”.
