15 oktyabr 2014 16:00
Ramin Musayev: Heç kimin tərəfini saxlamayacağıq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun püşkatması ilə bağlı açıqlama verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Kubokun bütün iştirakçılarına uğurlar arzulayıram. Qoy güclü olan qalib gəlsin. Təmiz turnir keçirməyə çalışacağıq, heç kimin tərəfini saxlamayacağıq. Təəssüf ki, "İnter"lə "Neftçi" bu mövsüm hakim qərəzi ilə üzləşdi və avrokubokları erkən tərk etdi. Amma biz hakimliyin yaxşı olması üçün əlimizdən gələni edəcəyik".
