15 oktyabr 2014 15:20
AZAL Azərbaycan kubokunun püşkatmasında iştirak etmədi
Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2014/15 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, püşkatmada 18 klub iştirak edib.
Bunlar "Qarabağ", "İnyer", "Qəbələ", "Neftçi", "Bakı", "Xəzər Lənkəran", "Simurq", AZAL, "Sumqayıt", "Rəvan", "Araz Naxçıvan", "Neftçala", "Qaradağ Lökbatan", "Ağsu", "Şahdağ", "Lokomotiv", "Zirvə" və MOİK klublarıdı.
Qeyd edək ki, əksər klubların nümayəndələri püşkatmaya təşrif buyursa da, "Ağsu", "Neftçala" və AZAL rəsmilərindən mərasimdə iştirak edən olmayıb.
