15 oktyabr 2014 14:25
Amit Quluzadə Atletikonun növbəti matçında oynaya bilər
Portuqaliyanın "Atletiko" klubunun azərbaycanlı yarımmüdafiəçisi Amit Quluzadə məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, bu komandadakı debüt matçında ciddi zədə alan futbolçumuz artıq sağalıb.
O, komanda ilə birgə məşq edir. İstisna deyil ki, Quluzadə oktyabrın 22-də "Leyksoeş"ə qarşı oyunda komandasına kömək etsin.
