15 oktyabr 2014 13:15
Ağabala Ramazanov: Ən azı bir ay oynaya bilməyəcəm
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı oyunda aldığı zədədən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana çıxandan sonra əzələmi dartdım. Əməliyyata ehtiyac olub-olmadığı bu gün bəlli olacaq. Ən azı bir ay oynaya bilməyəcəm. Əlbəttə, yığmadakı debüt matçımda belə bir zədə almağım çox üzücüdü. Məğlubiyyətə gəlincə, böyük məyusluq hissi keçirirəm".
