15 oktyabr 2014 13:05
Məmmədov BATE - Şaxtyor oyununda
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, oktyabrın 21-də, Borisov şəhərindəki Borisov Arenada keçiriləcək BATE (Belarus) - "Şaxtyor" (Donetsk, Ukrayna) oyununa tədbirin direktoru (UEFA Venue Director) həmyerlimiz olacaq.
