İntizam Komitəsi hakimin kobud səhvini aşkarladı
İntizam Komitəsinin 10-№ li protokoluna əsasən 9 oktyabr 2014-cü il U-16 Liqasının “İnter” – “Simurq” matçının 51-ci dəqiqəsində “Simurq”un futbolçusu Ceyhun Rəcəbli dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Lakin sonradan məlum olub ki, hakim protokala qırmızı vərəqə alan futbolçu Anar Davudovun əvəzinə Ceyhun Rəcəblinin adını qeyd edib. Bu səbəbdən də İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Ceyhun Rəcəblinin aktivindən qırmızı vərəqə silinir və verilmiş cəza ləğv olunur.
“Simurq”un futbolçusu Anar Davudov dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 5 oyunluq cəza verilib.
Hakimlər Komitəsi hakim haqqında müvafiq tədbir görüb İntizam Komitəsinə bildirsin.
