15 oktyabr 2014 12:00
Millimiz Tino Peresə tapşırıla bilər
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Tino Peresin "Araz"a baş məşqçi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Pereslə gələn ilin may ayına qədər müqavilə imzalamışıq. Təcrübəli məşqçidi. Hələ ki, "Araz"a baş məşqçilik edəcək. Ola bilər ki, yığmaya da rəhbərlik etsin. Amma hələ bu məsələyə baxmırıq. Yaxın 10 gün ərzində millinin baş məşqçisi ilə də bağlı məsələyə baxılacaq".
