15 oktyabr 2014 11:50
Qarabağın müdafiəçisi qalmaqallı oyunda
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matça çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası - Albaniya yığması səfərdə Serbiya ilə qarşılaşıb.
Amma bu oyun 41-ci dəqiqədə dayandırılıb. Buna səbəb sözügedən görüşdə yaranan bayraq qalmaqalı olub. Həmin vaxt görüşdə hesab açılmayıbmış.
Qeyd edək ki, Ansi bu görüşün 34-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
