15 oktyabr 2014 11:40
Arazın yeni baş məşqçisi bəlli oldu
Futzal üzrə Azərbaycan çempionu "Araz"a yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, sözügedən komandanı bundan sonra 45 yaşlı ispaniyalı mütəxəssis Tino Peres çalışdıracaq.
O, bundan öncə Moskva "Dinamo"sunu çalışdırıb. İspaniya klublarının da əksərində çalışmış mütəxəssis xeyli titullar qazanıb.
Qeyd edək ki, Tino Peres "Araz"da bir müddət öncə Azərbaycanı tərk edən braziliyalı Joze Alesionu əvəzləyib.
