15 oktyabr 2014 00:05
Dorinel Muntyanu: Qarabağa müqavimət göstərməyə çalışacağıq
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ"la matç öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında rumıniyalı mütəxəssis bunları söyləyib:
"Adi qaydada hazırlaşırıq. Bizi son ölkə çempionu ilə görüş gözləyir. Rəqibin gücünə bələdik. Hər oyunda daha da yaxşı çıxış etməyə çalışırıq. Bəzi kadr problemlərimiz var. Amma hər şeyə rəğmən, "Qarabağ"a müqavimət göstərməyə çalışacağıq".
