14 oktyabr 2014 19:30
Jaba qolla başladı
"Bakı" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, “zolaqlılar” 1-ci divizion təmsilçisi “Bakılı” ilə qarşılaşıb.
Matç “Bakı”nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zolaqlılar"ın qollarını dubla imza atan Risto Ristoviçlə Jaba vurub.
"Bakı"nın start heyəti: A. Məmmədov, M. Rəhimov, Ş. Məhərrəmov, A. Mustafazadə, S. Bayramov, Q. Əliyev, Ü. Süleymanov, Ristoviç, E. Əsgərli, Ü. Quliyev, V. Seyidov.
