14 oktyabr 2014 19:20
Rəşad Sadıqov azarkeşlərdən üzr istədi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:6 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Bütün azarkeşlərimiz qarşısında üzr istəyirəm. Çox utancverici məğlubiyyətdi".
