14 oktyabr 2014 19:00
İsgəndər Cavadov: Foqts getməlidi
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətindən və Berti Foqtsun mümkün istefasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən onunla müqavilənin müddətinin artırılmasının əleyhinə idim. Hiss edirdim ki, Xorvatiyada belə bir ağır məğlubiyyətlə üzləşəcəyik. Fikrimcə, Foqts getməlidi".
