14 oktyabr 2014 18:45
Mirkamil Rəhimov: Foqtsun istefası məsələsini qaldırmaq lazımdı
AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:6 hesablı məğlubiyyətindən və Berti Foqtsun mümkün istefasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təcili İcraiyyə Komitəsinin iclasını çağırmaq və Berti Foqtsun istefa məsələsini qaldırmaq lazımdı. Komandada inkişaf görünmür".
