14 oktyabr 2014 18:15
Yığmamız Bakıya qayıtdı
Ötən gecə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə Xorvatiya ilə qarşılaşan Azərbaycan yığmasının üzvləri Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, millimiz vətənə baş məşqçi Berti Foqtssuz qayıdıb.
O, oyundan dərhal sonra Almaniyaya yola düşüb.
Xatırladaq ki, millimiz bu görüşdə 0:6 hesabıyla uduzub.
