14 oktyabr 2014 17:40
Ramazanov Bakı ilə oyunu buraxa bilər
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilmiş oyunda zədələnib. Azerisport.az xəbər verir ki, 31-ci dəqiqədə meydana çıxan və cəmi 10 dəqiqə mübarizə aparan gənc forvard debüt matçında əzələsini dartdığına görə erkən əvəzləndi.
Hələlik, onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Amma istisna deyil ki, Ağabala "Bakı" ilə 8-ci turun oyununda iştirak edə bilməsin.
