14 oktyabr 2014 16:00
Aslan Kərimov: Yığmamız 2-3 gündən bir oynamağa hazır deyil
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Xorvatiyaya qarşı oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məğlubiyyətin əsas səbəblərindən biri futbolçularımızın 2-3 gündən bir oynamağa hazır olmamasıdı. İkincisi, xorvatlar həm komanda, həm də fərdi olaraq yığmamızın üzvlərindən daha güclüdülər. Onlar əla və aqressiv futbol sərgilədilər".
