14 oktyabr 2014 15:20
Elnur Allahverdiyev: Bizdə heç nə alınmadı
Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:6 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Bu oyunda bizdə heç nə alınmadı. Belə məğlubiyyətin səbəblərindən danışmaq çox çətindi. Xorvatlar güclü oynadılar, biz isə yorğun görünürdük".
