14 oktyabr 2014 14:25
Elxan Məmmədov: Berti Foqtsun izahatını gözləyirik
AFFA-nın baş katibi Elxan Məmmədov Berti Foqtsun Azərbaycan yığmasından getmək istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA rəhbərliyi son oyunun nəticəsinə görə üzgündü. Komandamız belə uduzmamalıydı. İki səfər oyunundan xalsız qayıtdıq. Başa düşürük ki, üç oyundan sonra xalsız qalmağımız bizi hədəfimizdən uzaq salır. Təəssüf ki, vəziyyət belə alındı. İndi bunu analiz etməyimiz lazımdı. AFFA İK ilə müzakirələrimiz olacaq. Berti Foqtsun izahatını gözləyirik. Lazım gələcəyi halda İK-da hər şey müzakirə olunacaq".
