14 oktyabr 2014 14:15
Medvedev: Xorvatların ilk dəqiqələrdən belə aktiv olacağını gözləmirdik
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Maksim Medvedev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:6 hesabıyla uduzduqları görüşdən sonra bunları söyləyib:
"Xorvatların ilk dəqiqələrdən belə aktiv olacağını gözləmirdik. Onlarda hər şey alındı, bizdə heç nə. Foqts oyundan sonra bizə heç nə demədi. Prinsipcə, deyiləsi bir söz də yox idi".
