14 oktyabr 2014 13:20
Qurban Qurbanov: Berti Foqts millini tərk etməyəcək
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun istefa vermək istəyinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan sonra emosional açıqlama verdiyini düşüünrəm. Ona görə də belə danışıb. Düşünmürəm ki, Foqts Azərbaycan yığmasını tərk etsin. İki gün sonra hər şey qaydasına düşəcək və ona əvəzləyici axtarılmayacaq".
