14 oktyabr 2014 13:10

Kazbek Tuayev: Milliyə Qurban Qurbanov başçılıq edə bilər

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi

- Yığmamızın Xorvatiyaya məğlubiyyətini necə qarşıladız?
- Komandamız çox pis oynadı. Mən belə olacağını hiss edirdim İtalyanlar indi elə vəziyyətdə deyillər ki, hamının gözlədiyi futbolu sərgiləsinlər. Amma xorvatlar onlardan fərqli tam hazır idilər. Çox təhlükəli komandadı.

- Xorvatlar istəsəydi, daha çox qol vura bilərdilər...
- Bəli, təəssüf ki, hesab daha faciəvi ola bilərdi. Yaxşı ki, son yarım saatda özlərinə çox əziyyət vermək istəmədilər. İstənilən halda yığmanı asıb-kəsmək istəmədim. Belə hallar olur. Son dövrlər Berti Foqtsu da başa düşə bilmirəm. İtalyanlarla müdafiə futbolu oynayır, 2-3 gün sonra xorvatlara qarşı hücum futbolunu seçir. Bu, onun taktiki səhvi idi.

- Düşünmürsüz ki, belə oyundan sonra bəzi futbolçular yığma karyerasını başa vurmalıdı?
- Məncə, hətta belə biabırçı məğlubiyyətə rəğmən, yığma faciəvi təsir bağışlamadı. Amma istənilən halda alman mütəxəssis Vaqif Cavadovla Mahir Şükürovu yığmaya cəlb etməli idi. Bu da onun bir səhvidi. Belə oyunlarda təcrübəli futbolçulara ehtiyac vardı.

- Yığmamızdan Norveçlə oyunda nə gözləyə bilərik?
- Onların oyununa baxmışam, pis komanda deyil. Amma skandinaviyalılara qarşı oynamaq, hətta qalib gəlmək də olar. Əks halda tsikli boşa vermiş olacağıq.

- Xorvatlarla oyundan sonra Foqts yığmadan gedə biləcəyinə işarə vurub...
- Belə məğlubiyyətdən sonra onu başa düşmək olar. Yəqin ki, o, özü də bütün bunlardan bezib. Biz çoxdan idi belə böyük hesabla uduzmurduq. Foqts özü də rəsmi oyunlarda belə məğlubiyyətlə üzləşməmişdi.

- Sizə elə gəlmir ki, o, artıq yığmamızdan yaxa qurtarmağa çalışır?
- Yəqin ki, bu məsələ AFFA İK-nın növbəti toplantısında müzakirə olunacaq. Foqtsun gedişi ilə Azərbaycanda futbol bitməyəcək. Onu əvəzləmək üçün kifayət qədər variant var. Elə Qurban Qurbanovun özü Foqtsu layiqincə əvəzləyə bilər. Başqa əcnəbiyə də müraciət etmək olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.