14 oktyabr 2014 13:00
Qurban Qurbanov: Rəşad Sadıqov bu avtoqolu tez bir zamanda unutmalıdı
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının kapitanı Rəşad Sadıqovun millinin heyətində Xorvatiya ilə görüşdəki avtoqoluna münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolda belə şeylər olur. Mənim ona məsləhətim tez bir zamanda bu avtoqolu unutmaqdı. Düzünü desəm, yığmadan belə nəticə gözləmirdim. Xorvatiyalı futbolçuların səviyyə fərqi sözünü dedi. Bu oyunu tez bir zamanda unutmaq lazımdı".
