Kramariç: Rəqibin kimliyindən asılı olmayaraq, altı qol vurmaq asan deyil
Futbol üzrə Xorvatiya yığmasının futbolçusu Andrey Kramariç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Biz erkən qol vurmağa çalışdıq və bu, alındı. Məhz bunun sayəsində sonrakı dəqiqələrdə işimiz daha asan oldu. Rəqibin kimliyindən asılı olmayaraq, altı qol vurmaq heç də asan məsələ deyil. Həm də Azərbaycan necə möhkəm komanda olduğunu göstərmişdi. Biz bu nəticə ilə fəxr etməliyik. İndi bizim İtaliya ilə oyuna yaxşı hazırlaşmaq üçün bir ay vaxtımız var. Bu, nəyə qadir olduğumuzu göstərmək üçün bir şansdı. Üç turdan sonra yüzfaizli nəticə ilə liderik. Yığmadakı qollar möhtəşəm emosiya verir, mən bunu heç vaxt unutmayacam".
