14 oktyabr 2014 12:00
Berti Foqtsun yığmamızdan gedişi bu həftə həllini tapa bilər
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun millimizdən istefaya getməsi gözlənilir. Azerisport.az xəbər verir ki, sözügedən məsələ artıq bu həftə öz həllini tapa bilər.
Almaniyalı mütəxəssis mövcud şərtlərdən narazıdı. AFFA rəhbərliyi isə yığmamızın son nəticələrindən narazıdı. Bu üzdən tərəflərin yollarını ayırması istisna deyil.
