14 oktyabr 2014 11:05
Rakitiç: Azərbaycan göstərdi ki, təhlükəli rəqib ola bilər
Futbol üzrə Xorvatiya yığmasının futbolçusu İvan Rakitiç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Azərbaycan təhlükəli rəqib olduğunu göstərdi. Amma biz yaxşı iş gördük. Hədəfə addım-addım çatmaq lazımdı. Qarşıda hələ uzun yol var. Uğurlu starta görə şadıq. Arxayınlaşmaq olmaz. Əgər buna nail olsaq, sonluğun yaxşı olacağına inanıram".
