14 oktyabr 2014 02:30
Niko Kovaç: Belə nəticəni heç kim gözləmirdi
Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 6:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Belə nəticəni heç kim gözləmirdi. Futbolçularımdan xahiş etmişdim ki, erkən qol vursunlar. Bunu bacardıq, sonda isə möhtəşəm nəticə qazandıq. Azarkeşlərimizi sevindirməyi bacardıq. Amma oyunun sonlarında tempi çox aşağı salmışdıq. Uşaqları başa düşürəm. Çünki sabah klublarına qayıdacaqlar. Komandamın hər bir üzvünə təşəkkürümü bildirirəm".
