14 oktyabr 2014 01:00
Neftçi Dəri top turnirinə qələbə ilə başladı
“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçirilən “Dəri top” turnirində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, U-13 Kalininqrad komandasını 2:0 hesabı ilə məğub edib.
“Neftçi”nin qollarını Ramin Nəsirli və Zeynəddin Abdulrəhmanov vurub. A qrupunda mübarizə aparan komandamız növbəti oyununu oktyabrın 15-də Qazaxıstanın “Kostanay” klubuna qarşı keçirəcək. (klub saytı)
