13 oktyabr 2014 19:30
Xorvatiya - Azərbaycan matçına 18 min bilet satılıb
Bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Osiyekdə keçiriləcək Xorvatiya - Azərbaycan matçına biletlər demək olar ki, satılıb. Azerisport.az xəbər verir ki, yerli mətbuat qarşılaşma üçün satışa çıxarılanlardan sadəcə, 1000 bilet qaldığını açıqlayıb.
Qeyd edək ki, matçın keçiriləcəyi "Qradski" stadionu 19 min azarkeş tutumuna malikdi. Belədə, millimizin 18 min azarkeş qarşısında oynayacağını demək olar.
