13 oktyabr 2014 19:00
Azərbaycan ikinci oyunda da uduzdu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol yığması AÇ-nin seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, yığmamız ikinci görüşündə Macarıstanla qarşılaşıb.
Siyasət Əsgərovun yetirmələri bu oyundan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. 52-ci dəqiqədə Merve Özdemir hesabı bərabərləşdirsə də, macarlar fasilədən sonra daha iki qol vuraraq, qələbə əldə ediblər.
Xatırladaq ki, yığmamız ilk oyununda İsveçrəyə də 0:5 hesabıyla uduzmuşdu.
Millimiz qrupdakı son oyununu oktyabrın 16-da Portuqaliyaya qarşı keçirəcək.
Qrupdakı vəziyyət: İsveçrə, Macarıstan - 6 xal, Portuqaliya, Azərbaycan - 0.
