13 oktyabr 2014 18:40

Xaqani Məmmədov: Milli üzvləri xorvatlardan qorxmamalı, özlərinə inanmalıdılar

Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Xaqani Məmmədovun azerisport.az saytına müsahibəsi

- Yığmamızın İtaliya ilə oyununa (1:2) yəqin ki, baxmısız...
- Bəli, baxdım. Maraqlı oyun alındı, amma təcrübə sözünü dedi. Ona görə də yığmamız bu görüşdən xalsız ayrıldı.

- Futbolçularımızın çıxışı necə təsir bağışladı?
- Pis deyildi. Sadəcə, uşaqlar prisoloji cəhətdən hazır deyildilər. İndi adlar futbolda heç nəyi həll etmir. Əsas psixoloji hazırlıqdı. Kim daha yaxşı hazırdısa, o da qalib gəlir.

- Yığmamızın cavab qoluna təəccübləndiz?
- Futbolda belə şeylər olur. Məncə, Azərbaycan futbolu tədricən inkişaf edir. Yeni oyunçularımız peyda olmaqdadı. Amma baş məşqçi ilə bağlı ümidli danışa bilmərəm.

- Sizcə, Berti Foqts getsə, hər şey düzələcək?
- Xeyr. Foqts da yığmamıza nələrsə verib. Amma yığma üçün daha güclü çempionat lazımdı.

- Foqts bəyan edib ki, futbolçularımızın matçın sonlarında qol buraxmasına səbəb fiziki cəhətdən tam hazır olmamalarıdı...
- Əgər gücləri çatmasaydı, matçın sonlarnda bərabərlik qolunu da vura bilməzdilər. Odu ki, mən eyni fikirdə deyiləm.

- Foqts komandamızın gənclərdən qurulduğunu deyir. Rəşad Sadıqov, Kamran Ağayev, Rahid Əmirquliyev gəncdi?
- Gənclər çoxdu, təcrübəliləri əvəzləyə bilirlər. Bu, onlar üçün bir şansdı.

- Baş məşqçi bəyan edib ki, millimiz altı il öncə italyanlara 0:5, 0:6 hesabıyla uduzardı...
- Razı deyiləm. İtaliyaya indi də uduzduq. Ciddi bir fərq olduğunu düşünmürəm. Məsələn, mənim dövrümdə yığmamız indikindən daha güclü idi. Güclü futbolçularımız onda daha çox idi. Xeyli futbolçumuz xaricdə çıxış edirdi.

- İndi də bəzi oyunçularımız xaricdə oynayır. Məsələn, Rüfət Dadaşov Almaniyada top qovur...
- Rüfət gəncdi. Ola bilər gələcəkdə yığmamıza faydası dəysin. Amma indi yığmamız üçün zəifdi.

- Xorvatiya ilə oyundan nə gözləyirsiz?
- Maraqlı oyun olacağını düşünürəm. Bizim futbolçular özlərinə inanmalı və hücumlar təşkil etməlidilər. Görsünlər Slovakiya İspaniyanı necə məğlub edir. Ürəklə, istəklə oynamaq lazımdı, rəqibdən qorxmaq lazım deyil. Yığmamıza uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.