13 oktyabr 2014 18:30
Stamenkoviç: Azərbaycan yığmasının xorvatlara 3 cavabsız qol vurmasına ümid edirəm
"Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycana bu oyunda çox çətin olacaq. Palermodakı İtaliya ilə oyunun nəticəsi komandanız üçün pis sayılmamalıdı. Xal son dəqiqələrdə əldən verildi. Fikrimcə, həmin oyun xorvatlarla görüş öncəsi komandada özünəinamı daha da artırıb. Azərbaycan yığmasına azarkeşlik edəcəm. Futbolçularınıza uğurlar arzulayıram və ümid edirəm ki, Xorvatiyaya 3:0 hesabıyla qalib gələrlər".
