13 oktyabr 2014 18:20
Fenex Tofiq Bəhramov adına stadionda oynamağı arzulayır
Futbol üzrə Malta yığmasının müdafiəçisi Rayan Fenex AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istədiyini deyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycanla oyunumuzun hansı stadionda keçiriləcəyini bilmirəm. Amma "Qarabağ"la qarşıladığımız stadionda çox gözəl atmosfer var idi. Çox istərdim ki, yenidən həmin arenada meydana çıxım".
