13 oktyabr 2014 17:15
Muntyanu: Azərbaycanın ən azı uduzmayacağına inanıram
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Xorvatiya - Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasının bu gün uduzmayacağına inanıram. Ən azı heç-heçə gözləyirəm. Ümid edirəm ki, uşaqlar bizi təəccübləndirə və Xorvatiyadan xal ala biləcəklər".
