13 oktyabr 2014 17:00
Rauf Əliyev Mordoviyaya keçə bilər
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev karyerasını Rusiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran"ın forvardı qonşu ölkənin "Mordoviya" klubunun maraq dairəsinə düşüb.
Bu komandanın baş məşqçisi, ötən mövsüm "Qəbələ"yə rəhbərlik etmiş Yuri Syomin Raufun çıxışına yaxşı bələddi. Bu üzdən də o, Əliyevi komandasına aparmaq istəyindədi. İstisna deyil ki, qışda bu keçib baş tutsun.
