13 oktyabr 2014 16:45

Çertoqanov: 100 min avro real mükafatdı

Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Çertoqanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan görüşü öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, futbolçularımızın qələbə qazanacağı halda 100 000 avro mükafat əldə edəcəyi barədə xəbərlərə də münasibət bildirib:

"İndiki yığmada yer almadığıma görə futbolçuların nə qədər mükafat aldığından xəbərsizəm. Amma 100 min avro tam realdı. Çünki Xorvatiya kimi komandaya qalib gəlmək şansı hər dəfə ələ düşmür. Özü də səfərdə. Xorvatlar Malta (2:0) və Bolqarıstana (1:0) qalib gəlib. Fikrimcə, onlar hazırda İtaliyadan da güclüdülər. Xorvat azarkeşlər isə bu komandanın çıxışından tam razı deyil. Çox güman ki, Azərbaycanla oyuna da çox ciddi kökləniblər. Yerli azarkeşlər komandaları hətta 1:0 öndə olanda da futbolçulardan qol tələb edəcəklər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.