13 oktyabr 2014 16:15
Ernad Skuliç: Azərbaycanın Xorvatiyaya qalib gəlməsinə sevinəcəm
"Bakı"nın sabiq xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya - Azərbaycan matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Osiyekdən uzaqda yaşadığıma görə, oyuna gedə bilməyəcəm. Xorvatlar üçün bu, çətin oyun olacaq. Azərbaycan millisi İtaliya ilə qarşılaşmada yaxşı təsir bağışladı. Niko Kovaçın komandası isə Bolqarıstana səfərdə qalib gəlsə də, çox da inamlı görünmürdü. Kimə azarkeşlik edəcəm? Kim qalib gəlsə, sevinəcəm.
Reynaldonun Azərbaycan yığmasında oynamaq istəməsinə pis baxmıram. O, yaxşı futbolçudu. Xorvatiya yığmasında da vaxtilə braziliyalı futbolçular oynayıb".
