13 oktyabr 2014 14:50
Vəli Qasımov Abdullayev və Hacıyevi əsas milliyə layiq hesab edir
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vəli Qasımov Rəhman Hacıyevlə Elşən Abdullayevin əsas millimizə layiq futbolçu olduğunu düşünür. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxın gələcəkdə Rəhman Hacıyevlə Elşən Abdullayevin əsas yığmamızda möhkəmlənəcəyinə əminəm. Amma inanmıram ki, Foqts Rəhmanı milliyə çağırsın. Çünki Hacıyev onun oyun üslubuna uyğun futbolçu deyil. Halbuki, hər ikisi əla pleymeykerdi".
