13 oktyabr 2014 14:00

Rahid Əmirquliyev: Mən Xorvatiyaya yaxşı əhval-ruhiyyədə gəlmişəm

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin azerisport.az saytına müsahibəsi

- Xorvatiya ilə oyundan nə gözləyirsiz?
- Bu qarşılaşma İtaliya ilə görüşdən daha çətin olacaq. Çünki Palermoda xeyli güc sərf etdik. Amma biz istənilən halda yaxşı nəticə qazanmağa çalışacağıq.

- İtaliya ilə oyun barədə nə deyə bilərsiz?
- Biz yaxşı futbol sərgiləməyi bacardıq, sonadək mübarizə apardıq. Fikrimcə, rəqibi hirsləndirməyi də bacardıq. Amma təəssüf ki, xal qazanmağı bacarmadıq.

- Heç-heçəni qorumağa nə mane oldu?
- Artıq səhvlərimizi analiz etmişik, niyə uduzduğumuzun səbəbini özümüz bilirik. Xorvatiya ilə görüşdə həmin səhvlərin təkrarlanmamasına çalışacağıq.

- Bu məğlubiyyət kefinizi pozmadı?
- Düzünü deyim ki, mən Xorvatiyaya yaxşı əhval-ruhiyyədə gəlmişəm.

- Palermoda Zazanı "bağlamaq" tapşırığı almışdız?
- Xeyr. Sadəcə, biz bilirdik ki, İtaliya iki hücumçu ilə oynayacaq. Ona görə də müdafiəyə kömək edirdim. Həm Zazaya, həm də İmmobileyə qarşı oynamalı oldum.

- Hesab bərabərləşəndə 1 xal qazanacağınıza inanırdız?
- Bəli. Çünki ondan sonra topa sahib olmada da inamlı təsir bağışlayırdıq. Amma kiçik diqqətsizlik bizi 1 xaldan məhrum etdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.