13 oktyabr 2014 13:45

Simurq İnterlə oyuna ciddi itkilərlə hazırlaşır

Topaz Premyer Liqasında Azərbaycan Milli komandasının oyunları ilə əlaqədar müvəqqəti fasilə yaranıb. Azerisport.az xəbər verir ki, bu səbəbdən Zaqatalada hazırlıqları davam etdirən "Simurq" oyun praktikasını itirməmək üçün Tiflis "Dinamo"su ilə yoldaşlıq görüşü keçirmək məqsədi ilə qonşu ölkəyə iki günlük səfər etmişdi.

"Dinamo Arena"da paytaxt təmsilçisi ilə qarşılaşan Zaqatala klubu ikinci hissədə meydana daxil olan gənc futbolçu Oruc Balaşlının qolu sayəsində rəqibi minimal hesabla məğlub etmişdi. Oyundan sonra ölkəyə qayıdan "Simurq" bir günlük istirahətə buraxılmışdı. Artıq bu gündən yenidən doğma arenada məşqlər bərpa ediləcək. Topaz Premyer Liqasının 8-ci turunda "İnter"in qonağı olacaq komanda "bankirlərlə" oyuna ciddi itkilərlə hazırlaşacaq. Son məşqlərdə zədələnən polşalı mərkəz müdafiəçisi Banaş Adam və gənc futbolçu Murad Səttarlı çalışmalarda iştirak edə bilməyəcək. Həmçinin "Simurq" yığma komandaların düşərgəsində olan İlkin Qırtımov, Vüqar Mustafayev, Vadim Abdullayevsiz bu görüşün hazırlıqlarını davam etdirəcək.

Zədə səbəbindən Tiflis səfərində komandasına kömək edə bilməyən Amil Ağacanov və yüksək temperatur səbəbindən "Dinamo" ilə görüşdə forma geyinməyən Samir Zərgərov bugünkü məşqlərdə komanda ilə birgə iştirak edəcək. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.