13 oktyabr 2014 13:30
Flavinyo məşqlərə başladı
“Neftçi” “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq ediblər.
Məşqdə milli komandaların heyətinə cəlb olunan futbolçular iştirak etməyiblər. Yeri gəlmişkən, bu oyunçulardan biri, Syerra Leone millisinin üzvü Julius Vobay Kamerun ilə matçda (0:0) start heyətində meydana çıxıb. İtaliyadakı müalicəsini başa vuraraq geri qayıdan braziliyalı futbolçu Flavinyo isə fərdi məşq keçib. (klub saytı)
