13 oktyabr 2014 13:15
Borussiyanın futbolçusu milli komandamızın növbəti toplanışına çağırıla bilər
Gənclərdən ibarət Azərbaycanın futbol yığması Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin yoxlama oyununda dubla imza atmaqla diqqətləri üzərinə çəkən Münhenqladbax "Borussiya"sının hücumçusu Bilal Sezerin artıq əsas yığmamıza dəvət olunması müzakirə edilməkdədi.
Əldə etdiyimiz məlumata görə, bununla bağlı U-21-in baş məşqçisi ilə əsas yığmamızın çalışdırıcısı Berti Foqts arasında söhbət də olub. İstisna deyil ki, yığmamızın növbəti toplanışına dəvət olunan futbolçular arasında Bilal Sezer də olsun.
