14 oktyabr 2014 01:40
İtaliya və Norveçdən daha bir qələbə
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində üçüncü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının səfərdə Xorvatiya ilə qarşılaşacağı gündə H qrupu çərçivəsində daha iki görüş baş tutub.
Bir neçə gün öncə yığmamıza çətinliklə qalib gəlmiş İtaliya səfərdə Malta ilə üz-üzə gəlib və minimal hesablı qələbəyə sevinib. Norveç isə Bolqarıstanı qəbul edib və doğma meydanda çətinliklə də olsa, qalib gəlib.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
13 oktyabr
Malta - İtaliya - 0:1 (0:1)
Qol: Pelle, 24.
Norveç - Bolqarıstan - 2:1 (1:1)
Qollar: Elyunusi, 13, Nyelsen, 72 - Bodurov, 43.
Qrupdakı vəziyyət: Xorvatiya, İtaliya - 6, Norveç - 6, Bolqarıstan - 3, Malta, Azərbaycan - 0.
